ABŞ-da Trampın tərəfdarları və müxaliflərinin toqquşmaları və həbsləri davam edir
https://azeri.sahartv.ir/news/dünya-i275062-abŞ_da_trampın_tərəfdarları_və_müxaliflərinin_toqquşmaları_və_həbsləri_davam_edir
ABŞ polisi bildirib ki, bu ölkə prezidentinin tərəfdarları və müxalifləri arasındakı toqquşmalardan sonra üç nəfər həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2017 16:32 Asia/Baku
  • ABŞ-da Trampın tərəfdarları və müxaliflərinin toqquşmaları və həbsləri davam edir
    ABŞ-da Trampın tərəfdarları və müxaliflərinin toqquşmaları və həbsləri davam edir

ABŞ polisi bildirib ki, bu ölkə prezidentinin tərəfdarları və müxalifləri arasındakı toqquşmalardan sonra üç nəfər həbs olunub.

Amerika polisi bu gün bildirib ki, Filadelfiya şəhərində bu ölkə prezidentinin tərəfdarları və müxalifləri arasında toqquşmaların baş verməsindən sonra üç nəfər həbs olunub. 

Trampın himayədarlarından bir qrupu aksiyadan sonra Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən bir restorana girmək istəyibdir ki, müxalif aksiyaçılar onlarla toqquşublar.

Amerika xalqı dünən bu ölkə boyu, o sıradan Los-Anceles və Vaşinqton şəhərlərində aksiya keçirib və Trampın kənarlaşdırılmasını istəyib.

ABŞ prezidentinin hərəkət və rəftarları amerikalı siyasətçilərin də etirazları ilə üzləşibdir.

ABŞ konqresinin nümayəndələr palatasının bir qrup demokrat qanunvericisi bu ölkə prezidentinin impiçment edilməsi üzrə layihənin araşdırılmasının başlanmasından xəbər veriblər.

Donald Tramp prezidentlik dövrünün başlanmasından bəri daim müxaliflərin geniş etirazları ilə üzləşibdir.