Lavrov: İŞİD və Ən-Nüsrənin məhvi prioritetdir
Rusiya xarici işlər naziri deyib: İŞİD və Ən-Nüsrə Cəbhəsinin məhv edilməsi Suriyada terror qruplaşmaları ilə mübarizə proqramının prioriteti olaraq qalır.
İRNA-nın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Fransa xarici işlər naziri Jan-İv Lo Derianla birgə mətbuat konfransında əlavə edib: Suriyada əsas məqsəd İŞİD, Ən-Nüsrə Cəbhəsi və digər terror qruplarının məhv edilməsidir. Çünki bu qruplaşmalar BMT Təhlükəsizlik Şurasının siyahısında qərarlaşıblar.
Lavrov bildirib: Terror qruplaşmaları ilə mübarizə ilə paralel olaraq Suriyada humanizm məsələləri də diqqət mərkəzində durmalıdır. Hərçənd bu ölkənin vəziyyəti Yəmən kimi faciəvi deyil.
Rusiya xarici işlər naziri suriyalıların iştirakı ilə əhatəli danışıqların sürətləndirilməsinə çalışmağı da əsas məqsədlərdən adlandırıb.