İyul 10, 2017 14:48 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti Avropanın qaz bazarında ABŞ-ın Rusiya əleyhinə səylərinə reaksiyada bildirib: Avropa bazarında Rusiyanın ixrac etdiyi qaz qiymət baxımından ABŞ-dan üstündür.

Kreml sarayının mətbu orqanının internet portalı bazar ertəsi günü bildirib: Rusiya prezidenti Vladimir Putin jurnalistlərə deyib: ABŞ hökuməti dünyada qaz satışında Rusiyanı minimum paydan məhrum etməyə çalışır. Halbuki ABŞ-ın Avropa bazarındakı qazının qiyməti Rusiyanın, hətta Rusiya şirkətlərinin ixrac etdiyi qazdan qat-qat yuxarıdır. 

Vladimir Putin Hamburqda 20-lər qrupunun dövlət başçılarının sammitində aBŞ prezidenti Donald Trampın Vaşinqtonun iqtisadiyyat sektorunda sərbəst və ədalət rəqabəti dəstəkləməsinə dair açıqlamasına toxunaraq deyib: Moskva da belə bir strategiyanı dəstəkləyir. Bu şərtlə ki, belə rəqabət siyasi ambissiyalarla yanaşı olmamalıdır. 

Rusiya prezidenti həmçinin bildirib: Rusiya ABŞ-la bu rəqabətdə tam üstün olduğuna şübhə etmir. 

ABŞ Rusiya qazının Avropaya ixracı ilə bağlı siyasi ambissiyasının davamında Nord Strim 2 boru kəməri layihəsində Rusiyanın avropalı şərikləri əleyhinə sanksiyalar tətbiq edib. 

Teqlər