Rusiya Suriya müzakirələrini dəstəkləyir
-
Rusiya Suriya müzakirələrini dəstəkləyir
Rusiyanın Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Avropa qərargahındakı nümayəndəsi Suriya dövləti ilə müxalifləri arasında müzakirələrin davam etməsini dəstəkləyib.
İRNA-nın verdiyi məlumata görə, Aleksi Burodafkin bu gün deyib: Cenevrədə Suriya dövləti ilə müxalifləri arasında müzakirələrin yeni mərhələsində Suriyada təhlükəsizlik zonalarının yaradılmasının texniki cəhətləri barədə bəzi razılıqların əldə olunması mümkündür.
Rusiyanın Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Avropa qərargahındakı nümayəndəsi Cenevrədə keçirilən 7-ci müzakirələri müsbət qiymətləndirərək deyib: Bu müzakirələrdə gözə çarpacaq qərarlar qəbul edilməsə də danışıqlar müsbət atmosferdə keçirildi və iştirakçı heyətlər terrorzim mövzusunda müzakirədə iştiraka hazır olduqlarını bildirdilər.
Suriyada sülh mövzusunda müzakirələrin 7-ci mərhələsi sona çatıb və 8-ci müzakirələr sentyabrda Cenevrədə keçiriləcək.