Vaşinqon Post Trampın yeni niyyətindən yazıb
-
Vaşinqon Post Trampın yeni niyyətindən yazıb
Vaşinqton Post qəzeti ABŞ prezidentinin vəkillərinin onun özü və ailəsini cəzadan qaranti edəcək səlahiyyətlərin verilməsi imkanlarını araşdırmaqda olduğundan xəbər verib.
Vaşinqton Post qəzeti dünən bildirib ki, ABŞ prezidenti Donald Trampın və onun yaxın adamlaırnın qanunsuz hərəkətlərinə dair qalmaqalların artmasından sonra, hökumətin hüquqşünaslar komandası Trampın və onun yaxın adamlarının prezidentin əfv səlahiyyətindən istifadə imkanlarını araşdırırlar.
Bu məlumata görə, Tramp bu barədə öncə müşavirləri ilə danışıqlar aparıbmış.
Eyni zamanda Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi dosyesi ilə əlaqədar baş verən qanunsuzluqların araşdırılması komitəsinin başçısı Robert Muller Trampın Rusiya ilə ticarət əlaqələri və onun siyasi qərarlarda şəxsi mənafeyinə üstünlük verməsi mövzusunu araşdırmaq qərarına gəlib.
Bu məlumat elə bir şəraitdə yayılır ki, Trampın böyük oğlunun 2016-cı il prezident seçkiləri öncəsi təşviqat kompaniyası zamanı bir rus vəkil ilə görüşü Tramp və onun yaxınları üçün böhranlı durum yaradıb.