Rusiya: Dəməşqdə atəşkəsin pozulması halları qeydə alınıb
-
Rusiya: Dəməşqdə atəşkəsin pozulması halları qeydə alınıb
Rusiya Dəməşqin şərqi Ğutə məntəqəsində atəşkəsin pozulması hallarının qeydə alındığını bildirib.
İTAR TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi bazar günü bildirib ki, ötən 24 saat ərzində Rusiya tərəfi Dəməşqin ətrafında yerləşən şərqi Ğutə məntəqəsində atəşkəsin pozulması üzrə bir neçə hal qeydə alıb.
İndiyə kimi Qazaxıstanın paytaxtı Astanada yüksək səviyyədə 5 mərhələdə danışıqlar aparılıb. Danışıqlarda Suriya dövləti və silahlı müxalifətinin nümayəndə heyətləri habelə, İran, Rusiya və Türkiyənin nümayəndə heyətləri Suriyada sülhə zəmanət verən tərəflər olaraq iştirak ediblər.
4-cü Astana sülh müzakirələrinin nəticəsi Suriyada təhlükəsiz zonaların yaradılması barədə anlaşmanın əldə edilməsi olub. Bu təhlükəsiz məntəqələr Suriyanın İdlib, Homs, şərqi qutə, Dəra və Qüneytrə məntəqələrində yaradılmalıdır.