Keçmiş prezident müxaliflərə dəstək verdi
Polşanın keçmiş prezidenti və 1983-cü ildə Nobel mükafatı laureatı Lex Valensa ölkənin məhkəmə sistemində dəyişikliklərin əleyhinə olduğunu bildirib.
Frans24 telekanalı bildirib: 1989-cu ildə Polşa kommunist rejiminin dağılmasına səbəb olan Polşa həmrəyliyi hərəkatının keçmiş sədri şənbə günü bu ölkənin Gedansk şəhərində nümayişçilərə dəstək verərək deyib: Güc strukturlarının biri-birindən ayrı olması prinsipi bərpa edilməlidir. Bu ən önəmli məsələdir və bu sahədə hansısa bəhanə qəbul edilməzdir. Güc strukturlarının biri-birindən ayrı olması ən əsas məsələdir, doğrudur bəzi qanunlara düzəliş edilməlidir, ona görə ki, işlər qaydasında getmir, amma bir əlin o biri əli kəsməsinə imkan verməməlisiniz.
Aksiyaçılar prezidentin bu qanuna veto qoyacağına ümid edirlər, amma bu arzu real görünmür. Ona görə ki, Polşa prezidenti Andre Duda da mühafizəkar cərgəyə aiddir.