Tramp İranı nüvə anlaşmasının pozucusu kimi təqdim etməyə çalışır
https://azeri.sahartv.ir/news/dünya-i277824-tramp_İranı_nüvə_anlaşmasının_pozucusu_kimi_təqdim_etməyə_çalışır
Bir siyasi analitik Trampın İranı nüvə anlaşmasının pozucusu kimi təqdim etməyə çalışdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2017 09:32 Asia/Baku
  • Tramp İranı nüvə anlaşmasının pozucusu kimi təqdim etməyə çalışır
    Tramp İranı nüvə anlaşmasının pozucusu kimi təqdim etməyə çalışır

Bir siyasi analitik Trampın İranı nüvə anlaşmasının pozucusu kimi təqdim etməyə çalışdığını bildirib.

Nyu-York Tayms qəzeti vebsaytının yazdığına görə, siyasi məsələlər üzrə analitik Devid Senger bu nəşr ilə müsahibədə deyib: Milli təhlükəsizlik müşavirlərinin Birləşmiş Ştatların İranla nüvə anlaşmasından kənara çəkilməsi üçün heç bir seçimə malik olmamalarından məyus olmuş Amerika prezidenti Donald Tramp onlara göstəriş veribdir ki,  İranı nüvə anlaşmasının pozucusu kimi təqdim etmək üçün bir dəlil tapsınlar.

Bu rəftar elə bir halda edilir ki, son zamanlar Tramp dövlətinin özü İranın nüvə anlaşmasının maddələrinə sadiq qaldığını təsdiq edibdir.

Trampın 2015-ci ildə əldə olunmuş nüvə anlaşmasından olan şikayətlərindən biri budur ki, bu anlaşma yalnız İranın nüvə fəaliyyətlərinə şamil olur.