Anomal istilər Fransada ölüm hallarını artırdı
İyul 29, 2017 17:36 Asia/Baku
Fransanın Ümumi Səhiyyə Təşkilatı iyun ayının sonlarından ölkəyə hakim kəsilən anomal istilər nəticəsində 580 nəfərin həyatını itirdiyini bildirib.
Lu Fiqaro qəzetinin yazdığına görə, Fransanın Ümumi Səhiyyə Təşkilatı bildirib: İyun ayının 17-dən 25-nə kimi olan günlər ərzində Fransa xalqı çox kəskin isti havaya məruz qalıb və havanın temperaturu təhlükəli səviyyə olan sarı və narıncı səviyyəsinə yüksəlib.
2015-ci ildə də Fransa ilin ən isti günlərində yəni 29 iyun və 5 iyul aralığında 700 nəfərin isti hava şəraitinə görə həyatını itirməsinin şahidi olmuşdu.