Yüzlərlə amerikalı diplomat Rusiyanı tərk etməlidir
"755 ABŞ diplomatı Rusiyanı tərk etməli olacaq".
Bunu Rusiyanın 1-ci televiziyasına müsahibə verən Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Vaşinqtonun siyasətlərinə görə, 755 amerikalı diplomat Rusiya ərazisini tərk etməlidir. ABŞ tərəfi iki ölkə arasındakı əlaqələrin korlanmasına səbəb olacaq addım atıb. Bu addım qeyri-qanuni məhdudiyyətlərin tətbiq olunması, dünya ölkələri, o cümlədən müttəfiqlərimizə təsir göstərməyə cəhdə şamil olur. Müttəfiqlərimiz Rusiya ilə əlaqələrini qorumaq və genişləndirmək ardıncadır.
Putin əlavə edib: Biz ABŞ-la əlaqələrimizin yaxşılaşması üçün çoxdandır dəyişikliyi gözləyirdik. Ümid edirdik ki, vəziyyət dəyişəcək. Lakin vəziyyət dəyişmədi, üstəlik yaxın gələcəkdə də bu məsələnin baş verəcəyini gözləmirəm. Buna görə, mən qərara aldım ki, bizə qarşı heç bir hərəkəti cavab qoymayacağımızı elan edəm.
ABŞ Konqresinin Rusiya, İran və Şimali Koreya əleyhinə yeni sanksiyalar qəbul etməsi ardınca, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Vaşinqtonu öz diplomatlarının sayını 455 nəfərə çatdırmasını çağırıb. Rusiyada ABŞ diplomatlarının sayının azalması ilə onların sayı Rusiyanın ABŞ-dakı diplomatlarının sayı ilə uyğunlaşacaq. ABŞ-ın Rusiyadakı diplomatlarının sayı 1200 nəfərdir.