Avq 01, 2017 11:38 Asia/Baku
  • Fransada miqrantlara şərait yaradılması ilə müxalifət var
    Fransada miqrantlara şərait yaradılması ilə müxalifət var

Kaledəki Fransa rəsmiləri hökumət şurasının miqrantlara yardım qərarına qarşı çıxıblar.

Frans24 telekanalının verdiyi məlumata görə, Fransanın hökumət şurası Kaledə yerləşdirilən miqrantlara səhiyyə imkanlarının yaradılmasını istəyib amma Kaledəki dövlət rəsmiləri bu qərar qarşısında müqavimət göstərirlər.

Fransa hökuməti miqrantların Kaleyə yığışmasının qarşısını almaq üçün didərginlərin məskunlaşdırılması üçün iki mərkəzin yaradılmasından xəbər verib. 

Ötən həftə Fransanın Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq hökumətdən Kaledəki miqrantlara səhiyyə xidmətləri və içməli suyu kəsməsini və beləliklə onları düşərgəni tərk etmək məcburiyyətində qoymasını istəmişdi.  

Kale bölgəsində 4500-dən çox afrikalı miqrant Fransa hökumətinin repressiv siyasətlərinin şahidi olaraq başqa bir ölkəyə mühacirət etməyə çalışır.

Teqlər