Fransada didərginlərin vəziyyətinin yaxşılaşdırılması haqda qərar dalanından çıxış
-
Fransada didərginlərin vəziyyətinin yaxşılaşdırılması haqda qərar dalanından çıxış
Fransa hökumət şurasının didərginlərin vəziyyətinin yaxşılaşdırılması haqdakı rəyi fransız dövlət başçılarını bu barədə qərar dalanından xilas edibdir.
Fransada çıxan Lomond qəzetinin baş məqaləsində Fransa hökumət şurasının mühacirlər haqdakı rəyi barədə belə deyilir: Fransa hökumət şurası bu ölkənin ən yüksək məhkəmə orqanı kimi dövləti mühacirlər üçün iki yerləşdirmə mərkəzinin yaradılmasına vadar edibdir.
Fransa hökumət şurası bazar ertəsi günü Kale düşərgəsində olan yüzlərlə mühacirin vəziyyətinin şərhində "məhrum" və "yorğun" ifadələrindən istifadə edibdir.
Fransa hökumət şurası vurğulayıb ki, demokratik ölkələrdə mühacirlərin vəziyyəti qəbulediləsi deyil.
Ötən həftə Fransanın daxili işlər nazirliyi bir bəyanat yayaraq, bu ölkə dövlətindən istəmişdi, sayı 4500 nəfər olan Kale düşərgəsinin mühacirləri üçün səhiyyə xidmətləri və içməli suyu kəssin ki, onlar bu düşərəgəni tərk etmiş olsunlar.
Fransada ən yüksək idarə məhkəməsi sayılan Fransa hökumət şurası bazar ertəsi günü bu ölkə dövlətinin mühacirlər üçün səhiyyə xidmətlərinin kəsilməsinə dair istəyini rədd edərək, bu hərəkəti qanunsuz hərəkət adlandırıbdır.