Venesuela Amerikanın bu ölkəyə qarşı hədələrini tənqid edib
-
Venesuela Amerikanın bu ölkəyə qarşı hədələrini tənqid edib
Venesuelanın nazirlər şurası Amerikanın bu ölkəyə qarşı hədələrini tənqid edib.
Hispan TV-nin məlumatına görə, Venesuelanın vitse-prezidenti Tariq Ələysəmi dünən bu ölkənin paytaxtı Karakasda Amerikanın Venesuela prezidentinə qarşı yeni sanksiyalarını imperialist hərəkət adlandırıb.
Ələysəmi Vaşinqtonun ardıcıl müdaxilələri qarşısında Venesuelanın istiqlaliyyətinin müdafiəsinə təkid edərək, əlavə edib: Venesuela prezidenti Nikolas Madoro heç vaxt Amerikaya təslim olmayacaq.
İyulun 31-də Amerikanın maliyyə nazirliyi Venesuelada məclisi-müəssisan seçkilərinin keçirilməsi bəhanəsilə bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi.
Ağ Ev məclisi-müəssisan seçkilərində iştirak edənləri də sanksiyalarla təhdid edibdir.
Venesuela dövləti bu qənaətdədir ki, məclisi-müəssisanın təşkili venesuelalı müxaliflərin zorakılıq hərəkətləri qarısında sülh və dialoqa zəmanət verəcəkdir.
Venesuela ötən aprel ayından bəri bu ölkə prezidentinin kənarlaşdırılmasını istəyən qərbpərəst müxaliflərin geniş aksiyalarının şahididir.