Rusiya xalqının müsəlmanlara olan müsbət baxışı
https://azeri.sahartv.ir/news/dünya-i278406-rusiya_xalqının_müsəlmanlara_olan_müsbət_baxışı
Rusiyada aparılmış rəy sorğusunun nəticələri göstəribdir ki, bu ölkə xalqının əksər hissəsi müsəlmanlar barədə müsbət fikirə malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2017 12:00 Asia/Baku
  • Rusiya xalqının müsəlmanlara olan müsbət baxışı
    Rusiya xalqının müsəlmanlara olan müsbət baxışı

Rusiyada aparılmış rəy sorğusunun nəticələri göstəribdir ki, bu ölkə xalqının əksər hissəsi müsəlmanlar barədə müsbət fikirə malikdir.

Daxil olan məlumata görə, Levada tədqiqat müəssisəsinin rəy sorğusu göstərir ki, Rusiya vətəndaşlarının əlli doqquz faizi müsəlmanlara qarşı müsbət hissə malikdir.

Bu rəy sorğusuna əsasən, rusların təkcə on üç faizi müsəlmanlara qarşı mənfi hissə malikdir.

Levada tədqiqat müəssisəsi bu sorğunu 2017-ci ilin iyun ayında canlı müsahibə yolu ilə həyata keçirib və onun nəticələrini iyul ayında yayıbdır.

Levada bu rəy sorğusu ilə 2012-ci ilin sonlarında aparılmış rəy sorğusunun nəticələrini müqayisə edərək, bildiribdir ki, həmin müddətdə Rusiya vətəndaşlarının müsəlmanlara qarşı mənfi emosiyaları azalıbdır.

İslam Rusiyada ikinci dindir və bu ölkə xalqının 20-23 milyon nəfəri müsəlmandır.

Bu rəqəm Rusiya əhalsinin on-on ik faizini təşkil edir.