Rusiya Suriyadakı tələfatının artması iddiasını rədd edib
https://azeri.sahartv.ir/news/dünya-i278434-rusiya_suriyadakı_tələfatının_artması_iddiasını_rədd_edib
Rusiya Müdafiə Nazirliyi bir Qərb mediasının bu ölkənin Suriyada keçirdiyi əməliyyatlardakı tələfatının artması haqdakı iddiasını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2017 14:46 Asia/Baku
  • Rusiya Suriyadakı tələfatının artması iddiasını rədd edib
    Rusiya Suriyadakı tələfatının artması iddiasını rədd edib

Rusiya Müdafiə Nazirliyi bir Qərb mediasının bu ölkənin Suriyada keçirdiyi əməliyyatlardakı tələfatının artması haqdakı iddiasını rədd edib.

Röyters-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu gün bu xəbər agentliyinin həmin ölkənin Suriyada keçirdiyi əməliyyatlardakı tələfatının artması haqdakı məlumatını yalan məlumat adlandırıb.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bu barədə deyib: İlk dəfə deyildir ki, Röyters hər bir yolla, hədəfi, İŞİD terrorçularını məhv etmək və dincliyi Suriyaya qaytarmaq olan Rusiyanın əməliyyatlarını etibarsız etməyə çalışır.

Röyters bu gün xüsusi bir məlumatda Rusiya hərbçilərinin Suriyadakı tələfatının real sayını azı qırx nəfər elan edib və bildirib ki, bu rəqəm rəsmi statistikalardan yuxarıdır.