Moskva ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar qanununu pisləyib
https://azeri.sahartv.ir/news/dünya-i278504-moskva_abŞ_ın_rusiyaya_qarşı_yeni_sanksiyalar_qanununu_pisləyib
Rusiyanın xarici işlər nazirliyi ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar qanununun imzalanmasını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2017 05:03 Asia/Baku
  • Moskva ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar qanununu pisləyib
    Moskva ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar qanununu pisləyib

Rusiyanın xarici işlər nazirliyi ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar qanununun imzalanmasını pisləyib.

Frans-Press-in məlumatına görə, Rusiyanın xarici işlər nazirliyi dünən bir bəyanatda bildirib ki, Amerikanın dardüşüncəli və təhlükəli siyasətləri beynəlxalq sabitliyi xətərə salıbdır. Rusiyanın xarici işlər nazirliyi sonra bildirib: Amerikanın ədavətli addımları cavabsız qalmayacaq və tamamilə təbii haldır ki, Rusiya cavab addımları atmağı özü üçün qoruyub saxlayacaq. 

ABŞ konqresi ötən həftə bu ölkə dövlətinin Tehrana və Moskvaya qarşı ədavətli addımlarının davamında İrana və Rusiyaya qarşı əhatəli sanksiyalar layihəsini qəbul etdi. Bu qərar dünən Donald Tramp tərəfindən imzalandı və beləliklə qanuna çevrilərək, icraya qoyuldu.