Rəy sorğusu: Tramp ümumi narazılığa görə, tənəzzül etməkdə davam edir
-
Rəy sorğusu: Tramp ümumi narazılığa görə, tənəzzül etməkdə davam edir
Amerikada aparılmış yeni rəy sorğusunun nəticələri bu ölkə prezidentinə qarşı ümimi narazılığın günbəgün artmasından söz açır.
CNN telekanalının məlumatına görə, "Kueyni Piyak Pulz" mərkəzinin yeni rəy sorğusunun nəticələri göstərir ki, Amerika vətəndaşlarının təkcə 33 faizi bu ölkənin prezidenti Donald Trampın proqramları, mövqeləri və fəaliyyətini təsdiq edir.
Bu rəy sorğusunda amerikalıların 61 faizi deyibdir ki, Trampın proqramları, mövqeləri və fəaliyyətini təsdiq etmir.
Bu rəy sorğusunun nəticələrinə görə, Trampın respublikaçılar arasındakı reytinqi də aşağı düşübdür.
İyun ayının sonlarında aparılmış rəy sorğusunda respublikaçıların təqribən 84 faizi Trampın fəaliyyətini təsdiq etmişdi, lakin yeni rəy sorğusunda bu rəqəm 76 faizə enibdir.
Trampın 2017-ci ilin yanvarında prezidentlik dövrünün başlanmasından bəri çıxardığı qərarlar, onun mövqeləri və ümumiyyətlə qalmaqallı və bəzi hallarda ədəbsiz rəftarları Amerika xalqının günbəgün artan narazılığına səbəb olubdur.