Kabildə bir Gürcü hərbçi həlak olub
Şimali Atlantika Alyansı NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanlıq mərkəzi bir məlumat yayaraq, Kabilin ətrafında NATO qüvvələrinə edilmiş hücumda bir Gürcüstan hərbçisinin həlak olmasından xəbər verib.
Röyters-in verdiyi məlumata görə, Əfqanıstandakı NATO qüvvələrinin komandanlıq mərkəzi cümə günü bir bəyanat yayaraq, bildirib: Ötən gün Kabilin şimalında, Qarabağ məntəqəsinə yaxın ərazidə NATO qüvvələrinə edilmiş hücumda bir Gürcüstan hərbçisi ölüb, daha 5 hərbçi də yaralanıb.
Bu hücumda yaralanan hərbçilərin 3-ü Gürcüstan, 2-si Amerika, 1-i isə yerli tərcüməçi olub.
Bundan öncə NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanlıq mərkəzi Kabilin ətrafında törədilən bu hücumda bir hərbçinin öldüyünü təsdiq etmişdi. Amma, bu məlumatda ölən hərbçinin hansı ölkə hərbçisi olduğu elan edilməmişdi.
Taliban-ın sözçüsü Zəbihullah Səfa isə bir açıqlama verərək, bu hücumun Taliban qüvvələri tərəfindən törədildiyini deyib. Onun dediyinə görə, ötən gün bir terrorçu kamikadze üzərindəki partlayıcı qurğunu Kabilin şimalında, Qarabağ məntəqəsində partladaraq, 11 ABŞ hərbçisini öldürüb. Zəbihullah Səfanın dediyinə görə, bu hadisədə bir qrup hərbçi də yaralanıb.
Hal hazırda Əfqanıstanda 13 000 xarici ölkə hərbçisi var. Əfqanıstanda olan ABŞ hərbçilərinin sayı 10 mindir. Gürcüstan NATO-nun müşahidəçi üzvüdür və Əfqanıstanda təqribən 870 hərbçiyə malikdir.