Trampın danışıqlarını ifşa etdiklərinə görə, amerikan medialar hədələnib
Amerikanın ədliyyə naziri bu ölkə prezidentinin xarici ölkə başçıları ilə söhbətlərinin ifşa olunmasını tənqid edib.
IRIB-nin məlumatına görə, Amerikanın ədliyyə naziri Cef Seşnez dünən müxbirlər qarşısında deyib ki, heç kəsin gizli məlumatları ifşa etmək haqqı yoxdur.
Seşnez ABŞ prezidentinin Meksika prezidenti və Avstraliyanın baş naziri ilə danışıqlarının məzmunun ifşa olunmasına toxunaraq, vurğulayıb: Heç kəsin həssas məlumatları ifşa edərək, özünün medialardakı döyüşünü irəlilətməyə haqqı yoxdur.
Vaşinqton Post qəzeti son zamanlar xəbər veribdir ki, Tramp Meksikanın prezidenti Enrike Penya Nieto ilə telefon söhbətində ondan iki ölkə sərhədində divarın çəkilməsi xərcləri ilə müxalifətini aşkar etməməsini xahiş edibdir.
Tramp Avstraliyanın baş naziri ilə telefon danışığında da özünü dünyanın ən böyük və ən mühüm şəxsiyyəti adlandırıb. Tramp həmçinin avstraliyalı tərəf qarşısında öz çıxışlarında iştirak edənlərin sayı ilə loğvalanıbdır.