Avq 07, 2017 14:27 Asia/Baku
  • 14-cü Kanada Müsəlmanları Festivalı
    14-cü Kanada Müsəlmanları Festivalı

Kanadada keçirilən 14-cü Müsəlman Festivalı qeyri müsəlmanların İslam dini və sivilizasiyası habelə, müsəlmanlar ilə yaxından tanış olması üçün yaxşı fürsət sayılır.

Kanada müsəlmanları artıq 14 ildir ki, İslam sivilizasiyasını qeyri-müsəlmanlara tanıtdırmaq məqsədi ilə hər il festival təşkil edirlər. Bu festival müsəlmanlar ilə qeyri-müsəlmanlar arasında ünsiyyətin yaradılması üçün münasib fürsət sayılır.

14-cü Kanada Müsəlmanları Festivalı. İslam dini və müsəlmanların dəyərli irsinin müsəlman olmayanlara tanıtdırılması festivalın əsas məqsədi elan edilib.


Festivalın təşkilatçılarından olan Taha Qəyur deyir: "Festivalda müxtəlif siyasi, ictimai və mədəni xadimlərin iştirak etməsi ilə yanaşı, festival iştirakçılarının təqribən 25%-ni qeyri-msəlmanlar təşkil edirlər. Bu isə onlara İslam mədəniyyəti və sivilizasiyası ilə tanış olmaq fürsəti vermiş olur."

Bu festival həmçinin, gənc sənətkarlara öz yaradıcılıqlarını insanlara tanıtdırmaq imkanı yaradır.

Festivalda iştirak edən müsəlman sənətkar Cavid Cah isə öz əsərləri barədə belə deyir: "Mən burda İslam memarlığının 3 ölçülü nümunələrinə düzəldirəm. Gördüyünüz bu sütunların arasında xəttatlıq nümunələri yer alacaq." 

Bu ilki festivalda mədəniyyət, incəsənət və İslam bazarı bölmələri ilə yanaşı Kanadanın inkişafında müsəlmanların roluna da yer verilib.

Taha Qəyur festivalın əsas məqsədlərinə də aydınlıq gətirib və deyib: "Bu ilki festivalda bizim əsas məqsədlərimizdən biri də Kanadanın 150 illik tarixində müsəlmanların rolunu qabarıq formada nümayiş etdirməkdir. Bu məqsədlə xüsusi bir bölmə yaratmışıq."

Festivalın keçirildiyi 3 gün ərzində 35 min insanın festivala müraciət etməsi, xalq arasında festivala olan marağın nişanəsi sayılır.

 

Teqlər