Səudiyyə rejimi beynəlxalq qanunları pozmaqda ittiham edilib
Avq 13, 2017 16:31 Asia/Baku
İsveçrənin insan haqları təşkilatı Səudiyyə Ərəbistanı rejimini beynəlxalq qanunları pozmaqda ittiham edib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, İsveçrə təşkilatı bildirib ki, Səudiyyə Ərəbistanı həcc mərasimindən özünün siyasi ixtilaflarını çürütmək üçün istifadə edir.
Təşkilat Ərrəyad rejiminin qətərli hacılara qəbul etdirdiyi məhdudiyyətlərə münasibət bildirərək Ərəb Liqası , İslami Əməkdaşlıq Təşkilatı, insan haqları ali komisarlığı və BMT-nin dini azadlıqlar üzrə xüsusi məruzəçisi tərəfindən dərhal yardım edilməsini istəyib.
İsveçrəli təşkilat Səudiyyə Ərəbistanının qətərli hacılara qarşı məhdudiyyətlərinin əxlaqi prinsiplərə və beynəlxalq qanunlara zidd olduğunu bildirib.