Trampın Virciniya zorakılıqlarına reaksiyası olduqca gecikmiş bir reaksiya idi
https://azeri.sahartv.ir/news/dünya-i279716-trampın_virciniya_zorakılıqlarına_reaksiyası_olduqca_gecikmiş_bir_reaksiya_idi
Amerikanın Virciniya ştatında yerləşən Şarlotsvill məntəqəsində neonasistlər, Amerikada ağdərililərin üstün olmasına tərəfdar çıxan qrupların üzvləri və rasizm müxalifləri arasında baş verən kobud toqquşmalardan sonra şənbə günü axşam Amerikada ağdərililərin üstün olmasına tərəfdar çıxan qrupların üzvlərindən biri öz avtomobili ilə etirazçıları basıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2017 08:26 Asia/Baku
  • Trampın Virciniya zorakılıqlarına reaksiyası olduqca gecikmiş bir reaksiya idi
    Trampın Virciniya zorakılıqlarına reaksiyası olduqca gecikmiş bir reaksiya idi

Amerikanın Virciniya ştatında yerləşən Şarlotsvill məntəqəsində neonasistlər, Amerikada ağdərililərin üstün olmasına tərəfdar çıxan qrupların üzvləri və rasizm müxalifləri arasında baş verən kobud toqquşmalardan sonra şənbə günü axşam Amerikada ağdərililərin üstün olmasına tərəfdar çıxan qrupların üzvlərindən biri öz avtomobili ilə etirazçıları basıbdır.

Amerikada ağdərililərin üstün olmasına tərəfdar çıxan qrupların üzvlərindən biri öz avtomobili ilə etirazçıları basaraq, bir nəfəri öldürüb, bir neçə nəfəri isə zədələyibdir.

Şahidlərin biri deyibdir ki, hücumçu şəxs öncə sürətlə avtomobillə əhaliyə tərəf hərəkət edib və onların bir qrupunu basıb, sonra maşını geri sürərək, bir daha sürətlə əhaliyə tərəf hərəkət edib.

Amerika prezidenti Donald Trampın Virciniyadakı kobudluqlar qarşısında uzun müddət susması bir çox tənqidlərə səbəb olub və o, nəhayət, son dərəcə gecikmiş halda Virciniyadakı zorakılığı və qarşılıqlı nifrəti tənqid edərək, Amerika xalqını birliyə çağırıb.

Lakin bir çox ABŞ vətəndaşı bu qənaətdədir ki, Trampın bu hadisədən sonrakı ifadələri elə olubdur ki, bu sözlərə əsasən, Amerikada ağdərililərin üstün olmasına tərəfdar çıxan qrupların üzvləri, ekstremist qruplar və onların müxalifləri eyni və bir-birinə oxşar şəkildə qələmə verilirlər.

Ekstremist qruplar və onların tərəfdarları Amerika daxili müharibə komandanlarından olan general Robert İlinin Şarlotsvill məntəqəsindəki heykəlinin götürülməsinə etiraz olaraq aksiya keçirmişdilər, amma onlar bu aksiyanı Amerikadakı ifratçı və sağçı qüvvələrin ən böyük aksiyasına çeviriblər. Bu aksiya sağçıların birliyi adı altında keçirilib.

Virciniya universitetinin müəllimi Katrin Laf Hon deyib ki, Şarlotsvill məntəqəsində keçirilən aksiyanın bəzi iştirakçıları neonasistlərə dəstək şüarları verib və Trampı alqışlayıbmışlar.