Ağ evdə növbəti istefa Tramp hökumətini gülüş obyektinə çevirib
https://azeri.sahartv.ir/news/dünya-i280398-ağ_evdə_növbəti_istefa_tramp_hökumətini_gülüş_obyektinə_çevirib
Ağ evdə istefalar silsiləsi ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrdə gülüş obyektinə çevrilməsinə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2017 06:23 Asia/Baku
  • Ağ evdə növbəti istefa Tramp hökumətini gülüş obyektinə çevirib
    Ağ evdə növbəti istefa Tramp hökumətini gülüş obyektinə çevirib

Ağ evdə istefalar silsiləsi ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrdə gülüş obyektinə çevrilməsinə səbəb olub.

Tramp hökumətinin strateqi və yüksəs səviyyəli müşaviri Stiv Banunun istefa verməsindən sonra sosial şəbəkə istifadəçiləri bir görüntü yayıblar ki, Trampı Ağ evə daxil olduğu ilk günlərdə yaxın adamları tərəfindən əhatə olunmuş vəziyyətdə göstərir amma bu görüntüdə diqqəti çəkən məsələ ondan ibarətdir ki, Trampı dövrələyənlərin içində 1 nəfər istisna olmaqla hamısına qırmızı xətt çəkilib. 

İlkin görüntüdə Trampın kənarında onun müavini Maykl Pens, Milli Təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flin, Ağ evin keçmiş sözçüsü Şon Spayser, yüksək səviyyəli strateq Stiv Banon və Ağ evin yeksək səviyyəli işçisi Rins Paribas görünür, amma ikinci görüntüdə Maykl Pens istisna olmaqla hamısının üstünə qırmızı xətt çəkilib.