Rusiyanın Deyruz-Zura hava hücumları artacaq
-
Rusiyanın Deyruz-Zura hava hücumları artacaq
Rusiya ordusu Suriyanın Deyruz-Zurunda hava hücumlarının artacağını bildirib.
Rusiyanın hərbi rəsmilərindən general Sergey Rodskoy deyib: İŞİD yaraqlılarını Deyruz-Zurdan çıxarmaq istiqamətində Suriya prezidenti Bəşşar Əsədin qüvvələrinə kömək üçün Rusiyanın hava hücumları artacaq.
Deyruz-Zur İŞİD-çilərin çoxlu sayda olduğu Suriyanın ən böyük şəhərlərindən biridir.
Rusiya hərbi rəsmisi deyib: Rusiya qırıcıları gündə 60-70 uçuş həyata keçirir və Deyruz-Zur şəhərinin şərq ətrafında İŞİD-in mövqeləri və obyektlərini hədəfə alırlar.
O əlavə edib: Suriya qüvvələri şəhərin ətrafındakı yüksəklikləri nəzarətə götürdükdən və İŞİD-in sursatının təmin olunduğu yolları kəsdikdən sonra üç istiqamətdən Deyruz-Zuru mühasirəyə almaqdadırlar.
Rodskoy əlavə edib: Rusiya hərbi hava qüvvələri İŞİD-in zirehli avtomobilləri, pulemyotlar qoşulmuş maşınları və sursat təmin edən karvanlarının müəyyənləşdirilərək məhv edilməsi üçün uçuşları sutka ərzində davam edir.
Suriya dövlət qüvvələri bu şəhərin yarısını və yaxındakı hərbi hava bazanı öz nəzarətinə götürüb.
Rusiya 2015-ci il sentyabr ayından Suriyada hərbi hava hücumlarına başlayıb və Əsəd qüvvələrinə kömək edir ki, İŞİD və üsyançıları məğlub etsin.