Avq 24, 2017 12:47 Asia/Baku
  • Rusiya və Ermənistan prezidentlərinin görüşü
    Rusiya və Ermənistan prezidentlərinin görüşü

Rusiya və Ermənistan prezidentləri iki ölkə həmkarlıqlarının davam etməsi və bu prosesin gücləndirilməsini vurğulayıblar.

Rusiya prezidenti Vladimir Putin dünən bu ölkənin Soçi şəhərində öz erməni həmkarı Serj Sarkisyanla görüşü haqda belə deyib: İqtisadi, təhlükəsizlik və hərbi mövzularda sıx siyasi danışıqlar getdi və bu əməkdaşlıqlar prosesinin beynəlxalq təşkilatlar çərçivəsində davam etməsi və gücləndirilməsi vurğulanıb.

İki ölkə arasındakı strateji ittifaqı vurğulayan Ermənistan prezidenti də müdafiə sənayesi, hərbi və təhlükəsizlik sektorları üzrə beynəlxalq və regional sahələrdə səmərəli əməkdaşlıqlara və xarici siyasətdə geniş koordinasiyalara işarə edib.

Sarkisyanın sözlərinə görə, iki ölkənin ticarət mübadilələri həcmi 2017-ci ilin ilk yarısında 23 faizlik artıma malik olubdur.

Rusiya Ermənistanın əsas iqtisadi və hərbi şəriki sayılır.

İki ölkə habelə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan ilə yanaşı Kollektiv Təhlükəsizlik Paktının üzvüdür.

 

 

Teqlər