Fransada işsizlik baş alıb gedir
https://azeri.sahartv.ir/news/dünya-i280670-fransada_işsizlik_baş_alıb_gedir
Fransada işsizlik iyul ayında artıb və işsizlərin sayı üç milyon 500 min nəfəri ötüb keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2017 04:07 Asia/Baku
  • Fransada işsizlik baş alıb gedir
    Fransada işsizlik baş alıb gedir

Fransada işsizlik iyul ayında artıb və işsizlərin sayı üç milyon 500 min nəfəri ötüb keçibdir.

Fransanın əmək nazirliyi dünən bildirib ki, mövcud statistikalara görə, iyul ayı ərzində fransız işsizlərin sırasına 34 min 900 nəfər əlavə olub.

Bu məlumata əsasən, Fransada işsizlik miqdarı bir faiz artıb və işsizlərin sayı üç milyon 518 min 100 nəfərə çatıb.

2016-cı ilin avqustundan bəri Fransada işsizliyin bu miqdarda olması misli görünməmiş bir rəqəmdir.