Ağ evdə istefalar davam edir
-
Ağ evdə istefalar davam edir
Ağ evdə ixtilafların davam etdiyini göstərən növbəti hadisədə ABŞ prezidentinin xüsusi köməkçisi istefa verib.
Hill xəbər agentliyinin verdiyi məlumata görə,ABŞ prezidentinin xüsusi köməkçisi Sebastian Qorka dünən Donald Trampa şikayət məktubu ünvanlayaraq öz vəzifəsindən istefa verib.
Qorka ABŞ prezidentinin anti-terror müşaviri kimi tanınırdı. Amma məlumatlara görə ABŞ-ın təhlükəsizlik təşkilatları onun Ağ evdə fəaliyyət üçün layiqli olmasını təsdiqləməyibmişlər.
Qorka irqçi baxış tərzinə görə dəfələrlə tənqid olunub və İranla nüvə razılaşmasının sərt əleyhinə olanlardan biridir.
Trampın hakimiyyətə gəlməsindən keçən 7 ayda onun milli təhlükəsizlik üzrə müşaviri, mətbuat nümayəndəsi, Ağ ev işçilərinin rəhbəri və əsas strateqi Trampın kollektivindən çıxıblar.
Donald Trampın qalmaqallı fərmanlar, çıxışlar və rəftarları bəzən də onun ədəbsiz hərəkətləri Amerika xalqı və siyasətçilərinin Trampın prezident vəzifəsinə layiq olmaması qənaətinə gəlmələrinə səbəb olub.