Lavrov Astana müzakirələrinin önəmli rolunu vurğulayıb
-
Lavrov Astana müzakirələrinin önəmli rolunu vurğulayıb
Rusiyanın xarici işlər naziri deyib: Astana iclasının Suriyada çaxnaşmalı bölgələrin məhdudlaşdırılması üzrə razılaşmasının təfərrüatı Suriyada döyüş meydanında baş verən hadisələri nəzarətə almaq üçün ən yaxşı fürsət yaradıb.
İRİB-in verdiyi məlumata görə, Sergey Lavrov bu gün Əbudəbidə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri ilə müştərək mətbuat konfransında etdiyi çıxışında deyib: Rusiya Astana iclasının Suriyada çaxnaşmalı bölgələrin məhdudlaşdırılması barədə razılaşmasının gündəliyinə xüsusi diqqət ayırır.
BƏƏ XİN başçısı Abdullah Bin Zayid Ali-Nəhyan da rusiyalı həmkarı ilə görüşünü önəmli adlandıraraq deyib: Görüşdə iki ölkənin siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və mədəni əməkdaşlıqlarının araşdırılmasına fürsət yarandı.
Rusiya və BƏƏ XİN rəhbərləri Yəmən, Liviya və Suriya hadisələrini də müzakirə ediblər.