Moskvanın Rusiyanın San-Fransiskodakı konsulluğunun bağlanmasına reaksiyası
https://azeri.sahartv.ir/news/dünya-i281223-moskvanın_rusiyanın_san_fransiskodakı_konsulluğunun_bağlanmasına_reaksiyası
Rusiya xarici işlər naziri Amerikanın Rusiyanın San-Fransiskodakı konsulluğunun, eləcə də Vaşinqton və Nyu-Yorkdakı iki binasının bağlanması haqdakı qərarından sonra Vaşinqtonun başladığı gərginliyin şiddətlənməsi barədə təəssüf ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2017 08:23 Asia/Baku
  • Moskvanın Rusiyanın San-Fransiskodakı konsulluğunun bağlanmasına reaksiyası

Rusiya xarici işlər naziri Amerikanın Rusiyanın San-Fransiskodakı konsulluğunun, eləcə də Vaşinqton və Nyu-Yorkdakı iki binasının bağlanması haqdakı qərarından sonra Vaşinqtonun başladığı gərginliyin şiddətlənməsi barədə təəssüf ifadə edib.

Rusiya xarici işlər nazirliyi dünən bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə Amerikanın dövlət katibi Reks Tillersonun telefon söhbətindən sonra yaydığı bəyanatda əlavə edib: Lavrov bizim başlamadığımız ikitərəfli əlaqələrdə gərginliyin şiddətlənməsi barədə təəssüf ifadə edib və bildirib ki, Moskva amerikalıların elan etdikləri bu yeni hərəkətləri diqqətlə araşdıracaq.

Amerika cümə axşamı günü Moskvanın Rusiyadakı amerikan diplomatların sayını azaltmaq barədəki qərarına cavab olaraq, Rusiyadan San-Fransiskodakı konsulluğunu, eləcə də Vaşinqton və Nyu-Yorkdakı iki binasını bağlamasını istəyib.

ABŞ dövlət departamenti bildirib ki, bu qərar "cavab tədbiri" prinsipi əsasında çıxarılıb və vurğulayıb ki, həmin ofislər şənbə gününədək bağlanmalıdır.

Rusiyanın San-Fransiskodakı konsulu Sergey Petrov Ria Novosti xəbər agentliyinə deyib: Baş konsulluq Rusiya başçılarının Amerikanın bu qərarı barədəki qərarına əsasən rəftar edəcəkdir.

O, əlavə edib: Rusiya xarici işlər nazirliyi bu ofislərin bağlanması barədə qərar çıxaracaq ki, insanlar hara getsinlər və sairə.

Rusiya konsulluğu vebsaytının məlumatına görə, Rusiya 1852-ci ildən bəri San-Fransiskoda nümayəndəliyə malikdir.

Qeyd edək ki, Rusiya 2017-ci il iyulun 28-də Birləşmiş Ştatların yeni sanksiyaları ilə mübarizə aparmaq üçün Amerikanın Moskvadakı diplomatlarının sayının azaldılması barədə göstəriş vermiş və bu ölkənin bəzi diplomatik əmlakını müsadirə etmişdi.