Vaşinqton Rusiyanı qəzəbləndirməyi bacardı
-
Vaşinqton Rusiyanı qəzəbləndirməyi bacardı
Rusiyanın San Fransiskodakı baş konsulluğunda qanunsuz olaraq təftiş aparılması və Rus diplomatların Amerikadan siyasi sığınacaq istəməsi ilə bağlı yalan şayiələrin yayılması Moskvanı xeyli qəzəbləndirib.
ABŞ-ın Rusiyanın San Fransiskodakı baş konsulluğu habelə, Nyu-York və Vaşinqtondakı 2 diplomatik nümayəndəliyini bağlaması iki ölkə əlaqələrindəki gərginliyin daha da yüksəlməsinə səbəb olub. Kreml Vaşinqtonun bu hərəkətini beynəlxalq qaydalara zidd adlandırıb və kəskin formada tənqid edib.
ABŞ-ın Federal Təhqiqat Bürosu agentlərinin öncədən elan olunmamış qaydada və diplomatik qadalara zidd olaraq San Fransiskoda Rusiya baş konsulluğunda təftiş həyata keçirməsi Vaşinqton-Moskva əlaqələrindəki gərginliyin yüksəlməsinə səbəb olub. Rusiya ABŞ-ın bu hərəkətini çox kəskin formada qınayaraq, bunu beynəlxalq qanunlara zidd adlandırıb.
Kremli qəzəbləndirən əsas məsələ isə rus diplomatların Amerikadan siyasi sığınacaq istəmələri ilə bağlı yayılan şayilər olub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova buna reaksiya olaraq deyib: “Amerikalılar diqqətləri rus diplomatlar və Rusiyanın diplomatik mülkiyyəti qarşısındakı qeyri-qanuni hərəkətlərindən yayındırmaq məqsədi ilə Rusiyanın San Fransiskodakı baş konsulluq işçilərinin Amerikadan siyasi sığınacaq tələb etmələri barədə yalan şayiələr yaymağa üz tutublar. Bu bir növ klassik informasiya savaşı sayılır.”
Rusiya xarici işlər naziri Sergey Lavorv isə Vaşinqtonun bu hərəkətini tənqid edərək, bu addımın ABŞ başçılarının psixoloji tarazlığa malik olmamaqlarından qaynaqlandığını deyib: “ABŞ-ın Rusiya konsulluğu və diplomatik nümayəndəliklərini bağlaması təəssüf doğuran bir hərəkətdir. Biz iki ölkə əlaqələrinin normallaşdırılmasını istəyirik. Amma, ABŞ başçıları hələ də aqressiv addımlar atırlar.”
Rusiyalı analitik isə bu barədə deyir: “ABŞ bu addım ilə əslində diplomatik savaşı daha da alovlandırıb. Amma, bilməlidirlər ki, Rusiyanın bu hərəkətə cavabı qətiyyətli olacaq.”
35 rus diplomatın Amerikadan çıxarılması və Rusiyanın 2 diplomatik korpusunun müsadirə edilməsinə reaksiya olaraq Moskva 755 amerikan diplomatın Rusiyadan çıxarılması və ABŞ-ın 2 diplomatik mülkünün müsadirə edilməsi barədə qərar qəbul etmişdi. İndi, Rusiyanın San Fransiskodakı baş konsulluğu habelə, Nyu-York və Vaşinqtondakı diplomatik nümayəndəliklərinin bağlanması iki ölkə əlaqələrindəki gərginliyin daha da artmasına səbəb olub.