Rusiya və Ermənistan vahid havadan müdafiə sistemi yaradırlar
https://azeri.sahartv.ir/news/dünya-i281437-rusiya_və_ermənistan_vahid_havadan_müdafiə_sistemi_yaradırlar
Rusiya ordusunun aeornavtika qüvvələri komandanının müavini bildirib: Rusiya və Ermənistan Qafqazda vahid havadan müdafiə sistemini yaratmaq qərarına gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2017 05:41 Asia/Baku
  • Rusiya və Ermənistan vahid havadan müdafiə sistemi yaradırlar

Rusiya ordusunun aeornavtika qüvvələri komandanının müavini bildirib: Rusiya və Ermənistan Qafqazda vahid havadan müdafiə sistemini yaratmaq qərarına gəliblər.

İRİB-in məlumatına görə, Rusiya ordusunun aeornavtika qüvvələri komandanının müavini Pavel Kuratçenko bu ölkənin havadan müdafiə sistemlərinin koordinasiya komitəsinin iclasında deyib: Qafqazda vahid havadan müdafiə sistemi çərçivəsində əməkdaşlıq üçün rus və erməni qüvvələrin siyahısı müəyyənləşib. 

Kuratçenko əlavə edib: Rusiya və Ermənistan arasında vahid havadan müdafiə sisteninin yaradılması üzrə anlaşmanın praktiki icrası haqda sənədlər 23 dekabr 2015-ci ildə Moskvada tənzimlənmiş və imzalanmışdır. 

Rusiya ordusunun aeornavtika qüvvələri komandanının müavini bildirib: Bu anlaşma 2016-cı il dekabr ayında Rusiya Dövlət Dumasında təsdiqlənib və 5 illik dövr üçün avtomatik şəkildə müddətinin uzadılması mümkündür. 

Rus rəsmisi həmçinin deyib: Moskva vahid havadan müdafiə sisteminin yaradılması haqda Tacikistan və Qırğızıstan kimi digər ölkələrlə oxşar anlaşmanı araşdırmaqdadır.