Rusiya və Yaponiya münasibətlərin genişləndirilməsini müzakirə ediblər
Rusiya prezidenti və Yaponiya baş naziri qarşılıqlı münasibətlərin genişləndirilməsini müzakirə ediblər.
APTN telekanalının verdiyi məlumata görə,Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Şenzo Abe bu gün baş tutan görüşdə qarşılıqlı ticarət əlaqələri, regional məsələlər o sıradan Şimali Koreyanın nüvə məsələsi ətrafında əməkdaşlıqları müzakirə ediblər.
Rusiyanın Vladivetok şəhərində baş tutan bu görüşdə Putin Yaponiya şirkətlərinin Rusiyadakı fəaliyyətlərinə toxunaraq deyib: Rusiya iqtisadi inkişaf dövrünə qayıdıb.
Rusiya prezidenti deyib: Yaponiyanın baş naziri ilə müştərək iqtisadi fəaliyyətlərin perspektivini, Sakit okeanda münaqişəli Kuril adaları mövzusunu, ikinci dünya müharibəsinin düşmənçiliklərinə son qoyan sülh razılaşmalarını müzakirə etdik.
Şinzo Abe də Yaponiyanın müxtəlif məsələlər o sıradan Şimali Koreya mövzusunun həlli üçün danışıqlara hazır olduğunu bildirib.
Vladimir Putin və Şinzo Abe bu görüşdə həmçinin Şimali Koreyanın Yaponiyanın səmasından keçən ballestik raket sınağını pisləyiblər.
Rusiya prezidenti həmçinin Ş.Koreya məsələsinin siyasi yolla və Moskva və Pekinin təklif etdiyi yol xəritəsi əsasında həllini istəyiblər.