Rusiya və Ərəbistan müttəfiq Suriyanı dəstəkləyirlər
Rusiya xarici işlər naziri bildirib ki, Suriyada gərginliyin azaldılması məntəqələrinin yaradılması müsbət bir addımdır və bu ölkədəki böhranın siyasi həll yolunu gücləndirmək lazımdır.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu cün Ciddədə Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr ilə birgə mətbuat konfransında əlavə edib: Rusiya Suriya böhranının həlli üçün bu ölkə müxalifləri arasında müştərək heyətin təşkili vacibliyini vurğulayıbdır.
Lavrov habelə Fars Körfəzi ətrafında yerləşən bəzi ərəb ölkələrindəki böhranların həlli barədə belə deyib: Rusiya bu münaqişələrdəki bütün tərəflərdən istəyibdir ki, öz problemlərinin həlli üçün birbaşa danışıqlara üz tutsunlar.
Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr də bu mətbuat konfransında deyib: Rusiya və Ərəbistan müttəfiq Suriyanı dəstəkləyirlər və Ərriyad daim Suriyanın ərazi bütövlüyünün qorunması haqda öz mövqeyini vurğulayıbdır.