Hindistanın nəzarətində olan Kəşmiri tətil bürüyüb
Hindistan daxili işlər nazirinin bu ölkənin nəzarəti altında olan Kəşmirə səfər etməsinə etiraz istiqamətində bu məntəqəni tətil bürüyüb.
Bugünkü tətilin ardınca Hindistanın nəzarətində olan Kəşmirdə bütün idarə, ticarət və təhsil mərkəzləri, eləcə də yanacaqdoldurma məntəqələri bağlanıbdır.
Bu tətil minlərlə kəşmirlinin həyatını öz təsiri altına alıbdır.
Hindistanın daxili işlər naziri Recenat Sinqh cümə günü Kəşmir məntəqəsinə dördgünlük səfərinə başlayıb.
Kəşmir polisi Kəşmirin bəzi məntəqələrində komendant saatı bərqərar edib. Buna səbəb, Kəşmir Huriyyət konfransı başçılarının Recenat Sinqhin səfərinə etiraz olaraq əhalini tətilə çağırmaları olubdur.
Kəşmir Huriyyət konfransı başçılarından bir qrupu ötən həftə və Hindistanın daxili işlər nazirinin Kəşmirə səfərindən öncə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və ya ev dustağı edilibdir.