Fransada yük maşınları sürücüləri etiraz aksiyasına başlayırlar
Sen 13, 2017 20:58 Asia/Baku
Fransanın iri fəhlə sindikatları yük maşınları sürücülərini "əmək qanunu"na dəyişiklik layihəsinə etiraz olaraq tətil aksiyasına dəvət edib.
Lu-Fiqaro qəzetinin yazdığına görə, Fransanın iri əmək sindikatları çərşənbə günü yük maşınları və tır sürücülərini 25 sentyabrda tətil aksiyası keçirməyə dəvət ediblər.
Bu birliklər "əmək qanunu"na ediləcək dəyişikliklərin daha çox sahibkarların xeyrinə olacağı barədə xəbərdarlıq ediblər.