Banqladeş islam qrupları Myanma dövlətinə qarşı müharibəni vurğuladı
Sen 16, 2017 15:00 Asia/Baku
Banqladeşdə islam qruplarını dəstəkləyən minlərlə nəfər Rohinca müsəlmanlarına dəstək aksiyası keçirib və Myanma dövlətinə qarşı müharibəni istəyib.
İSNA-nın məlumatına görə, Banqladeş polisində təhlükəsizlik rəsmisi deyib: Etirazçılar Myanma təhlükəsizlik məmurlarının Raxin əyaləti sakinlərini repressiya etmələrinə etiraz edib, rohinca müsəlmanlarına dəstək üzrə beynəlxalq səyləri yetərli hesab etməyib və onu pisləyiblər.
Bu rəsmi əlavə edib: Banqladeşdə, beş islam qrupu, o cümlədən islam mühafizləri qrupunun minimum 15 min tərəfdarı Dəkkədə ən böyük məscid qarşısındakı aksiyada iştirak edib.