Sen 18, 2017 17:58 Asia/Baku
  • MAQATE: İran nüvə anlaşmasına sadiq qalıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bu agentliyin 61-ci ictimai konfransında bir daha vurğulayıb ki, İran nüvə anlaşmasına sadiq qalıb.

Yukio Amano deyib: İran Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində öhdəliklərini yerinə yetirib və nüvə anlaşmasına əsasən biz İranda fəaliyyətlərimizi davam etdiririk.

İSNA-nın məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik sessiyasında etdiyi çıxışında deyib: İran Buşehr Atom Elektrik Stansiyası və bütün nüvə obyektlərinə nəzarət və ictimai təhlükəsizlik üzrə lazımi müddəaları yerinə yetirib və İranın sülhməramlı nüvə fəaliyyətləri nüvə təhlükəsizliyi müddəalarına əsasən həyata keçirilmişdir.

Salehi bildirib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv ölkələr nüvə silahlarına malik olan sionist rejimi agentlikdə üzv olmağa qane etməlidirlər.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 61-ci sessiyası bazar günündən etibarən beş gün müddətinə 168 üzv ölkənin nümayəndəsinin iştirakı ilə Vyanada agentliyin qərargahında işə başlayıb.

İranın Atom Enerjisi Təşkilatının sədri bu iclasın kənarında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano və bəzi həmkarları ilə görüşərək danışıqlar aparacaq.

Teqlər