Lavrov: Nüvə anlaşmasına sadiq qalacağıq
https://azeri.sahartv.ir/news/dünya-i283113-lavrov_nüvə_anlaşmasına_sadiq_qalacağıq
Rusiya xarici işlər naziri ABŞ prezidentinin İran əleyhinə açıqlamasından nigaranlıq edərək deyib: Rusiya Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2017 12:02 Asia/Baku
  • Yəmənin daxili məsələlərinə müdaxilə hakimiyyətin pozulmasıdır
    Yəmənin daxili məsələlərinə müdaxilə hakimiyyətin pozulmasıdır

Rusiya xarici işlər naziri ABŞ prezidentinin İran əleyhinə açıqlamasından nigaranlıq edərək deyib: Rusiya Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalacaq.

Tass Xəbər Agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət Katibi Reks Tillersonla görüşdən sonra Donald Trampın BMT Baş Assambleyasında İran əleyhinə çıxışından nigaranlıq edib və deyib: Rusiya nüvə anlaşmasına sadiq qalacaq və bu anlaşma haqda kollektivliyin qorunması üçün var-gücü ilə çalışacaq. 

Lavrov nüvə anlaşması haqda bildirib: Bu anlaşma beynəlxalq ictimaiyyətdə yaranan, gün-gündən güclənən anlaşmadır və onun nəticəsi regional və beynəlxalq stabillik olacaq.