Ruhinqalı müsəlmanların evləri yanmaqda davam edir
Beynəlxalq Amnistiya Təşkilatı yeni faktlar təqdim edərək, Myanmanın Raxin əyalətində ruhinqalı müsəlmanların evlərinin yandırılmasının davam etməsindən xəbər verib.
Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, yeni peyk təsvirlərində Raxin əyalətinin kəndləri üzərində qatı tüstü görünür.
Myanma ordusu və buddistlər ruhinqalı müsəlmanların evlərini yandırırlar.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardımlar üzrə Koordinasiya Ofisi də dünən indiyədək Myanmadan 700 mindən çox ruhinqalı müsəlmanın Banqladeşə qaçmasından xəbər verərək, bildirib ki, müsəlmanların icbari surətdə Myanmadan köçürülmələri son onilliklərdə ən böyük qrup halında mühacirətdir.
Avqustun 25-dən bəri Myanma ordusunun Raxin əyalətində ruhinqalı müsəlmanlara qarşı yeni repressiv və təcavüzkar hücum dalğasında altı mindən çox insan həlak olub, səkkiz min nəfər də yaralanıbdır.