Sen 23, 2017 11:26 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü Nyu-Yorkda bildirib ki, qeyri-nüvə məsələlərinin nüvə anlaşmasına daxil edilməsi səhv hərəkətdir.

Vaşinqton başçıları son günlər ABŞ prezidenti Donald Trampın daimi istəyi olmuş nüvə anlaşmasının pozulması üzrə yeni ssenariyə başlayıblar. Amerikalılar nüvə anlaşmasının maddələrinin dəyişdirilməsi və ya onun ləğvini istəyirlər.

Rusiya xarici işlər naziri Amerikanın nüvə anlaşması qarşısındakı mövqeyini tənqid edərək, belə qeyd edib: Vaşinqtonun nigarançılıqları əlaqədar mexanizmlər vasitəsilə aradan qaldırılmalıdır.

Lavrov əlavə edib: Rusiyadan əlavə, Avropa ölkələri də nüvə anlaşmasını xilas etməyə çalışmaqdadırlar.

Teqlər