Minlərlə rus sərnişin müxtəlif ölkələrdə sərgərdan qalıb
https://azeri.sahartv.ir/news/dünya-i283869-minlərlə_rus_sərnişin_müxtəlif_ölkələrdə_sərgərdan_qalıb
Rusiyanın Vim Avia şirkətinin iflasa uğraması nəticəsində Rusiya və müxtəlif ölkələrin hava limanlarında minlərlə rus sərnişinin sərgərdan qalmasının ardınca Rusiya prezidenti baş nazirin müavini və nəqliyyat nazirini cəzalandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2017 18:32 Asia/Baku
  • Minlərlə rus sərnişin müxtəlif ölkələrdə sərgərdan qalıb
    Minlərlə rus sərnişin müxtəlif ölkələrdə sərgərdan qalıb

Rusiyanın Vim Avia şirkətinin iflasa uğraması nəticəsində Rusiya və müxtəlif ölkələrin hava limanlarında minlərlə rus sərnişinin sərgərdan qalmasının ardınca Rusiya prezidenti baş nazirin müavini və nəqliyyat nazirini cəzalandırıb.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin, baş nazirin müavini Arkadi Dvarkoviç və nəqliyyat naziri Maksim Sokolovu minlərlə rus sərnişinin müxtəlif ölkələrdə sərgərdan qalmasına görə cəzalandırıb.

Bu məlumata görə, Rusiya prokurorluğunun istintaq komitəsi bildirib ki, Vim Avia şirkətinin rəhbərlərindən ikisi korrupsiya əməlində iştirak etdiyinə görə həbs edilib və bu şirkətin iki əsas sahibi də Rusiyadan qaçıb. Özəl Vim Avia hava şirkəti bu gün bildirib ki, 112 milyon dollarlıq borcuna görə, iflasa uğrayıb və üç gün öncədən müxtəlif ölkələr və Rusiyanın müxtəlif şəhərlərinə olan uçuşlarını dayandırıb. Bu məsələ on minlərlə sərnişinin sərgərdan qalması ilə nəticələnib.