Okt 04, 2017 10:45 Asia/Baku
  • Lavrov: Rusiya İran və Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir

Rusiya xarici işlər naziri çərşənbə axşamı günü bildirib: Moskva Suriya böhranının həlli istiqamətində İran İslam Respublikası və Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir.

Sergey Lavrov Rusiya, İran və Türkiyənin son aylardakı əməkdaşlığının Suriyada terrorçulara ağır zərbələr endirdiyinə toxunaraq xatırladıb: Terrorçluların tam məhv edilməsi və stabilliyin Suriyaya qayıtması üçün lazımi şərait yaranıb. 

Rusiya xarici işlər naziri əlavə edib: İran, Rusiya və Türkiyənin son aylardakı faydalı əməkdaşlıqlarının son nümunəsini Suriyada təhlükəsiz zonaların yaradılmasını misal göstərmək olar. 

Rusiya prezidenti Vladimir Putin də çərşənbə axşamı günü xatırladıb: Suriyada təhlükəsiz zonaların yaradılması bir çox ölkələr tərəfindən dəstəklənib. 

Teqlər