İran və Rusiya arasında iki neft əməkdaşlığı anlaşması imzalanıb
-
İran və Rusiya arasında iki neft əməkdaşlığı anlaşması imzalanıb
İranın Milli Neft Şirkəti və Rusiyanın Lukoil Neft Şirkəti Moskvada iki əməkdaşlıq sənədi imzalayıblar.
İRİB-in məlumatına görə, bu neft əməkdaşlığı sənədi İran İslam Respublikası net naziri Bijən Namdar Zəngənə və Rusiyanın Lukoil Neft Şirkətinin prezidenti Vahid Ələkbərovun iştirakı ilə imzalanıb.
Bu neft anlaşması sənədinin imzalanmasından sonra, İran neft naziri Bijən Namdar Zəngənə və Rusiyanın Lukoil Neft Şirkətinin prezidenti Vahid Ələkbərov görüşərək iki ölkənin neft əməkdaşlıqları, Moskvada qaz ixrac edən ölkələrin iclasının keçirilməsi və əməkdaşlıqların gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
İranın neft naziri çərşənbə axşamı günü Qaz İxrac edən Ölkələrin Assambleyasının nazirlər səviyyəsindəki iclasında iştirak emtək məqsədilə Moskvaya səfər edib. Bu iclas bu gün keçiriləcək.
İran, Əlcəzair, Boliviya, Misir, Qvineya-Bisau, Liviya, Nigeriya, Qətər, Rusiya, Trindad və Tobaqo, Venesuela və Birləşmiş Ərəb Əmirlikləri bu assambleyanın 12 əsas üzvüdür.
Hollandiya, Norveç, İraq, Oman, Peru və Azərbaycan Respublikası Qaz İxrac edən Ölkələrin Assambleyasının müşahidəçi üzvləri hesab olunurlar.