Putin: Neftin həcminin azaldılması razılaşmasının müddəti uzadıla bilər
https://azeri.sahartv.ir/news/dünya-i284355-putin_neftin_həcminin_azaldılması_razılaşmasının_müddəti_uzadıla_bilər
Rusiya prezidenti Moskvada Qaz İxrac edən Ölkələr Assambleyasının iclasının kənarında OPEK və qeyri-OPEK neft istehsal edən ölkələrin bazara çıxardığı neftin həcminin azaldılması üzrə razılaşmanın müddətinin 2018-ci ilin sonuna qədər uzadıla biləcəyindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2017 08:24 Asia/Baku
  • Putin: Neftin həcminin azaldılması razılaşmasının müddəti uzadıla bilər
    Putin: Neftin həcminin azaldılması razılaşmasının müddəti uzadıla bilər

Rusiya prezidenti Moskvada Qaz İxrac edən Ölkələr Assambleyasının iclasının kənarında OPEK və qeyri-OPEK neft istehsal edən ölkələrin bazara çıxardığı neftin həcminin azaldılması üzrə razılaşmanın müddətinin 2018-ci ilin sonuna qədər uzadıla biləcəyindən xəbər verib.

Bloomberq televiziyasının məlumatına görə, Vladimir Putin deyib: Hamı stabilli neft bazarına maraqlıdır və OPEK-ə üzv ölkələrin əməkdaşlığı ilə əldə etdiyimiz anlaşma bütün dünyanın iqtisadiyyatının xeyrinədir. 

Rusiya prezidenti əlavə edib: Bu anlaşmanın müddətinin uzadılıb-uzadılmaması dünya bazarına hakim olan şəraitə bağlıdır. 

Putin bildirib: Hazırkı şəraitdə bu müqavilənin müddətinin uzadılmasın ehtimalını rədd etmirəm. Lakin gələn ilin mart ayında üzləşəcəyimiz reallıqlara əsasən, bazara çıxarılan neftin həcminin azaldılması anlaşmasının müddətinin uzadılması haqda qərar verəcəyik. 

2016-cı ilin sonlarında OPEK-ə üzv ölkələr və digər neft ixrac edən ölkələr razılığa gəldilər ki, ümumilikdə bazara çıxarılan neftin həcmini 1,8 milyon barel azaltsınlar. 

Qaz İxrac edən Ölkələr Assambleyasının iclası Rusiyanın Moskva şəhərində işə başlayıb və bir çox ölkə, o cümlədən İran, Rusiya, Misir, Əlcəzair, Liviya və Nigeriya həmin iclasda təmsil olunur.