Londonda avtomobil piyadaların üstünə sürüldü
https://azeri.sahartv.ir/news/dünya-i284573-londonda_avtomobil_piyadaların_üstünə_sürüldü
Yerli dairələr Britaniya paytaxtı Londonda bir muzeyin yaxınlığında sürücünün avtomobili qəsdən yoldan çıxararaq piyadaların üzərinə sürdüyünü və bir neçə nəfərin yaralandığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2017 16:30 Asia/Baku
  • Londonda avtomobil piyadaların üstünə sürüldü
    Londonda avtomobil piyadaların üstünə sürüldü

Yerli dairələr Britaniya paytaxtı Londonda bir muzeyin yaxınlığında sürücünün avtomobili qəsdən yoldan çıxararaq piyadaların üzərinə sürdüyünü və bir neçə nəfərin yaralandığını bildiriblər.

Daily Mail nəşrinin internet portalının məlumatına görə, Britaniya polisi hadisə ilə əlaqədar həmin sürücünü saxlayıb.

London polisinin sözçüsü hadisədə bir neçə nəfərin yaralandığını və müalicə olunmaq üçün xəstəxanalara köçürüldüyünü təsdiqləyib.

Virtual şəbəkələrdə yayımlanan kadrlara əsasən, polis London muzeyi ətrafındakı yolları bağlayıb.