Rusiya: ABŞ-ın Koreya yarımadasındakı hərbi iştirakı təhrikedicidir
-
Rusiya: ABŞ-ın Koreya yarımadasındakı hərbi iştirakı təhrikedicidir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi ABŞ hərbi dəniz qüvvələrinin Koreya yarımadasındakı iştirakını təhrikedici hərəkət adlandırıb.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika məsələləri üzrə baş direktoru Georgi Borisenko çərşənbə günü deyib: ABŞ-ın təyyarədaşıyan gəmisinin Koreya yarımadası sularında olması region ölkələri üçün təhrik hərəkəti vardır. Xüsusilə də Rusiyanın Şimali Koreya ilə birgə sərhədi vardır.
Borisenkonun açıqlaması ilə yanaşı qeyd edək ki, ABŞ-ın hərbi gəmiləri təyyarədaşıyan gəmi ilə birlikdə Koreya yarımadası sularına doğru hərəkət etməkdədir.
ABŞ-ın təyyarədaşıyan gəmisi və hərbi gəmilərinin gərgin olan Koreya yarımadasına getməsi analoqu olmayan hərəkətdir.
ABŞ və Şimali Koreya arasında gərginlik Birləşmiş Ştatların prezidenti Donald Trampın avantürist strategiyası ilə daha da qızışıb.