Putin: Terrorizmlə mübarizənin ikili standartı olmamalıdır
https://azeri.sahartv.ir/news/dünya-i285193-putin_terrorizmlə_mübarizənin_ikili_standartı_olmamalıdır
Rusiya prezidenti deyib: Yaxın Şərq ölkələrinin daxili məsələlərində müdaxilə hərc-mərclik və terror təhdidlərinin artması ilə nəticlənmişdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2017 06:50 Asia/Baku
  • Putin: Terrorizmlə mübarizənin ikili standartı olmamalıdır
    Putin: Terrorizmlə mübarizənin ikili standartı olmamalıdır

Rusiya prezidenti deyib: Yaxın Şərq ölkələrinin daxili məsələlərində müdaxilə hərc-mərclik və terror təhdidlərinin artması ilə nəticlənmişdir.

Vladimir Putin şənbə gecə  Sankt-Peterburq şəhərində Parlamentlərarası İttifaqın 137-ci Assambleyasının açılış mərasimində terrorizmlə mübarizənin hər hansı iliki standartdan kənar olmalı olduğunu vurğulayaraq terrorizmlə mübarizə üçün vahid cəbhənin yaradılmasını istəyib. 

Bu assambleyada dünyanın 170 ölkəsi, o cümlədən İran İslam Respublikasının parlament heyəti iştirak edir. 

Rusiya prezidenti Suriya böhranına da diqqət çəkib: İŞİD terror qruplaşması bu ölkədə işğal altında saxladığı bölgələrin üçdə ikisini itirib. 

Rusiya prezidenti həmçinin Astana müzakirələri haqda da deyib: Astanada məsləhətləşmələrin davam etməsində məqsəd terrorizmi məhv etmək və dinclik və stabilliyi Suriyaya qaytarmaqdır.