Myanma müsəlmanlarının durumu olduqca acınacaqlıdır
Myanma dövlət qüvvələri və buddistlərin rohinca müsəlmanlarına hücumlarının artması bölgədə vəziyyəti daha da böhranlı edib.
BMT Myanmada baş verənlərin etnik təmizləmə olduğunu bildirib və Myanmanın acınacaqlı vəziyyətinə son qoymaq üçün beynəlxalq konfransın təşkil olunmasını istəyib. Myanma dövlət qüvvələri və buddistlərin qanlı hücumlarından Banqladeşə qaçan yüz minlərlə rohinca müsəlmanını aclıq, xəstəlik və səhiyyənin olmaması hədələyir. Gündəlik 11 min rohinca müsəlmanının qaçması ardınca, BMT-nin Ali Komissarlığı hazır vəziyyətdədir. Humanitar təşkilatlar Myanma dövlətindən rohinca müsəlmanlarının soyqırımına son qoymaqla humanitar yardımların ləngimədən Arakana göndərilməsinə və didərginlərin öz evlərinə qayıtmalarına şərait yaratmasını istəyiblər.
Körpəsi qucağında başını götürüb qaçanlar. Onlar hər gün Banqladeşdə rohinca didərginlərinin düşərgələrində görünürlər. Ağaclar arasında çadır qurmağa bir neçə metr yer tapmaq üçün naməlum vəziyyətdə gözləmək. Fatimə xatun yenilərdə Myanmada Dovinşirva bölgəsindən qaçmışdır.
Myanmalı didərgin qadın deyib: Buddistlər deyirlər ki, Myanma bizim ölkəmizdir və müsəlmanlar burada yaşamamalıdırlar. Bizə hücum etdilər, bir çox insanı da qətlə yetirdilər.
Bu rohinca müsəlman didərginlərinin oxşar həyatının təsviridir. Bu hadisələr bir aydan çoxdur ki, təxminən 600 min rohincanı öz ev-eşiyindən didərgin salmışdır.
Rohinca müsəlmanı deyib: Bizi öz vətənimizdən qovdular. Müsəlmanların Myanmada təhlükəsizliyi yoxdur. Onların əmlakını qarət edir və onları öldürürlər.
Bir neçə günlük körpədən tutmuş digər yaş qruplarına qədər on minlərlə uşaq didərginlərin düşərgələrində səhiyyənin olmadığı acınacaqlı vəziyyətdə yaşayır. Yanlış qidalanma, müxtəlif xəstəliklərin yayılması uşaqları hədələyir.
Başqa bir müsəlman deyib: Uşağım xəstələndi, dərman aldım. Uşaqların vəziyyəti çox ağırdır.
Minimum diqqətlə günahsız uşaqların üzündə təbəssüm oyanır.
Myanma dövləti və ordusu bu ölkə müsəlmanlarına hücum, zorakılıq və qırğınlarının və onların didərgin düşməsinin səbəbkarıdır.
İndi Myanmaya hakim partiyanın rəhbəri və Nobel Sülh mükafatının qalibi Anq San Suçi beynəlxalq dairələrin təzyiqlərindən sonra, rohinca müsəlmanlarına kömək və onların yenidən yerləşdirilməsi məqsədilə Myanmada hüquqi dairənin təşkil olunmasından söz açıb.