Parlamentlərarası İttifaqın 137-ci Assambleyası başa çatdı
https://azeri.sahartv.ir/news/dünya-i285439-parlamentlərarası_İttifaqın_137_ci_assambleyası_başa_çatdı
Parlamentlərarası İttifaqın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən 137-ci Assambleyası öz işini başa vurdu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2017 12:16 Asia/Baku
  • Parlamentlərarası İttifaqın 137-ci Assambleyası
    Parlamentlərarası İttifaqın 137-ci Assambleyası

Parlamentlərarası İttifaqın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən 137-ci Assambleyası öz işini başa vurdu.

Bir həftə davam edən iclasın sonunda İran İslam Respublikası tərəfindən irəli sürülən təklif qəbul edildi. İclas Rusiya prezidenti Vladimir Putinin çıxışı ilə başlandı və ilk dəfə olaraq 171 üzv ölkənin hamısı birliyin iclasında iştirak edirdi.  Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak edən İran heyətinə İslam Şurası Məclisinin sədri Əli Laricani başçılıq edirdi. O, Assambleyada çıxış etmək və ABŞ prezidenti Donald Trampın anti-İran mövqeyinə kəskin münasibət bildirməklə yanaşı, Rusiya prezidenti Vladimir Putin və 17 ölkənin parlament sədri ilə görüşüb, danışıqlar aparıb.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani İRİB-yə verdiyi müsahibədə deyib: “Digər parlament sədrləri ilə görüşlərdə əsasən İranın nüvə məsələsi və Trampın yaratdığı süni problemlər haqda onları məlumatlandırdıq”.

İclas iştirakçıları da bu məsələ ilə bağlı fikirlərini belə bəyan etdilər: “Biz Trampın İranla bağlı yersiz ittihamlarını kəskin formada qınayırıq”. “Trampın İranla bağlı son iddiaları həqiqətləri əks etdirmir”.

Amma, iclasın sonuncu günündə, sensasiya yaradan iştirakçı məhz bu şəxs idi. Küveyt Parlamentinin sədri Mərzuq əl-Ğanim öz kəskin çıxışı ilə İsrail parlamenti nümayəndə heyəti sədrinin iclas zalını tərk etməyə məcbur etdi. İclas iştirakçılarının alqışları altında çıxış edən Mərzuq əl-Ğanim İsrail parlamentinin nümayəndə heyəti sədrinə xitabən “uşaq öldürən terrorçu, iclas zalını tərk et” dedi.

Bəzən bu kimi beynəlxalq iclaslarda kənar hadisələr, əsas mövzudan daha önəmli hal alır.

Amma, bu ilki iclasın ən zəruri maddəsi İran İslam Respublikasının təklifi ilə qəbul edildi.

İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Əmir Abdullahiyan bu barədə deyir: “Parlamentlərarası İttifaqın Assambleyasında qəbul edilən zəruri maddə günün ən önəmli mövzusu və dünyanın ən  mühüm  böhranına aid edilir. Və İranın təklifi Myanmada zülm və zorakılığa mərz qalan müsəlman azlığını himayə üzrə icra xarakterli bir mexanizmin hazırlanmasıdır.”

Parlamentlərarası İttifaqın Assambleyası beynəlxalq məsələlər və böhranların araşdırılması üçün münasib fürsət sayılır.