Rusiya bir daha ABŞ prezident seçkilərində müdaxiləni təkzib etdi
-
Rusiya bir daha ABŞ prezident seçkilərində müdaxiləni təkzib etdi
Rusiyanın ABŞ-dakı səfirliyi bildirib: Moskva heç vaxt Birləşmiş Ştatların daxili məsələlərində müdaxilə etməyib.
Ən-Nəşrə xəbər portalının məlumatına görə, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiyanı ABŞ prezident seçkilərində müdaxilə etməkdə suçlayan Birləşmiş Ştatların BMT-dəki səfirinin açıqlamasına reaksiyada deyib: Rusiya heç vaxt ABŞ seçkilərində və daxili məsələlərində müdaxilə etməyib.
Antonov əlavə edib: Xanım Heyli utanmadan və açıq-aşkar şəkildə bu ölkənin seçkilərində müdaxilə edən şəxsləri ABŞ-ın dostları və müttəfiqləri arasında axtarmalıdır.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli cümə axşamı günü Nyu-Yorkda ABŞ-ın sabiq dövlət katibləri Madlin Olbrayt və Kandaliza Raysın iştirakı ilə keçirilən toplantıda bir daha Rusiyanı ABŞ prezident seçkilərində müdaxilədə suçlayaraq onu iki ölkə arasında müharibə və qarşılaşmaq mənasında qiymətləndirib.